AZ

Nvidia-nın bazar dəyəri yarım trilyon dollar düşdü - Çinin startap şirkəti qərb bazarını "vurdu"

Çinin DeepSeek startapının Google və OpenAI kimi rəqiblərindən daha qısa müddətdə, daha az xərclə və daha az çiplə inkişaf etdirdiyi süni intellekt modelinin (proqramının) qısa müddətdə bütün dünyada intensiv şəkildə istifadə olunmağa başlaması, qlobal texnoloji şirkətlərinin səhmlərinin ucuzlaşmasına səbəb olur.

Marja.az xəbər verir ki, açıq mənbəli böyük dil modellərini inkişaf etdirən Çinin süni intellekt şirkəti DeepSeek-in proqramı, ABŞ-da yerləşən ChatGPT-ni keçərək tətbiq mağazalarında ən çox yüklənən süni intellekt proqramı olub.

Çinin ucuz qiymətə süni intellekt modelini işə salması Qərb şirkətlərinin, xüsusilə də ABŞ-ın bu sektorda hökmranlığına və bu sahədə böyük xərclər çəkməsinə şübhələr yaradıb.

ABŞ çip nəhəngi Nvidia-nın cümə günü bağlanışda 142,62 dollar olan səhm qiyməti, bu gün 117,26 dollara düşüb. Çip şirkətin səhmlərindəki bir günlük itki 18 faizə yaxınlaşıb. Nvidia səhmlərində 2020-ci ilin mart ayından bəri ən yüksək gündəlik ucuzlaşma baş verib, şirkətin bazar dəyəri 500 milyard dollardan çox azalıb.

Şirkətin bazar dəyərinin azalması ABŞ fond bazarı tarixində ən böyük gündəlik eniş kimi qeydə alınıb.

Nvidia-nın bazar dəyəri 3 trilyon dollardan aşağı düşərək, dünyanın ən böyük şirkətlərinin reytinqində ikinci yerdən üçüncü yerə geriləyib. 

Seçilən
26
16
marja.az

10Mənbələr