Ajans.az xəbər verir ki, yeni tədbirləri ölkə prezidenti Donald Tramp elan edib.
Nümayəndələr Palatasının hakim Respublika Partiyasının fraksiyasına danışan Amerika prezidenti tariflərə ehtiyacı zavodların ABŞ-yə qaytarılması ilə izah edib. Onun sözlərinə görə, 98-ə yaxın çip istehsalçısı Tayvana köçüb və o, onları geri qaytarmaq üçün hər şeyi edəcəyinə söz verib.
“Yaxın gələcəkdə biz bu kritik məhsulların istehsalını ABŞ-yə qaytarmaq üçün xaricdə istehsal olunan kompüter çipləri, yarımkeçiricilər və əczaçılıq məhsullarına tariflər tətbiq edəcəyik”, - deyə Tramp bildirib.
Gələcəkdə yeni prezidentin administrasiyası polad və bir sıra digər malların idxalına da rüsum tətbiq etmək niyyətindədir.
Tramp artıq ABŞ-nin BRİKS ölkələri ilə ticarət əlaqələrini əhəmiyyətli dərəcədə çətinləşdirəcəyini və bu ölkələrdə istehsal olunan məhsullara 100 faizədək böyük tariflər tətbiq edəcəyini vəd edib. O, həmçinin Aİ ABŞ-dən neft və qaz alışını artırmasa, Avropadan bütün idxallara ən azı on faizlik daimi tariflərlə hədələyib.
Digər ölkələrin məhsullarına rüsum məsələsi ABŞ-nin yeni prezidenti Donald Trampın komandasında ilk fikir ayrılıqlarına səbəb olub. Tariflər yaxın bir neçə ay ərzində tətbiq ediləcək. Qeyri-müəyyənlik ondan ibarətdir ki, Tramp bu məsələni iki düşərgə ilə müzakirə edir: inflyasiyanın artmasının qarşısını almaq üçün mərhələli və məqsədyönlü məhdudiyyətlərə üstünlük verən siyasətçilər və iri miqyaslı tariflərə səs verənlər.