Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp, müdafiə naziri Pit Heqsetə 60 günərzində yeni Dəmir Günbəz raketdən müdafiə sistemi üçün dizayn vəyerləşdirmə planını təqdim etməyi tapşırıb.
Trend-inməlumatına görə, bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığıfərmanda qeyd olunub.
Sənəddə bildirilib ki, "ballistik, hipersəs və qanadlıraketlərdən, eləcə də digər qabaqcıl hava hücumu imkanlarındanistifadə etməklə hücum təhlükəsi ABŞ-ın üzləşdiyi ən fəlakətlitəhlükə olaraq qalır".
Fərmanda həmçinin vurğulanıb ki, müdafiə naziri Pit Heqset,sərəncamın verildiyi tarixdən 60 gün ərzində yeni nəsil raketdənmüdafiə sisteminin yaradılmasına dair arxitektura və planıprezidentə təqdim etməlidir.