AZ

Zelenski bunu tarixi yanlışlıq hesab edir

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin nüvə silahından imtina etməsini yanlış addım kimi dəyərləndirib.

Herbiand.az xəbər verir ki, bununla bağlı o, İtaliyanın “Il Foglio” nəşrinə müsahibəsində fikirlərini bildirib.

Sitat: “Nüvə silahlarını verməyimiz absurd və tamamilə məntiqsiz idi”.

Ukrayna lideri hesab edir ki, Budapeşt Memorandumuna istinad edərək ölkənin nüvə arsenalından əl çəkməməli idi. Çünki nə Rusiya, nə də Qərb bu razılaşmaya əməl etmir.

Xatırladaq ki, 1994-cü il dekabrın 5-də imzalanan Budapeşt Memorandumu SSRİ-nin Ukraynanın sərəncamında qalan nüvə arsenalından imtinasını ehtiva edir. Sənədə görə, Ukraynanın nüvə silahından imtinasından sonra Rusiya, Böyük Britaniya və ABŞ bu ölkənin təhlükəsizliyinə zamin olmalı idi.

Seçilən
5
13
herbiand.az

10Mənbələr