"Bu gün valideynlərin ən çox narazılıq etdiyi məsələlərdən biri məktəb rəhbərliyi ilə görüşə bilməmələri və məktəbin içrəsinə buraxılmamalarıdır".
Bu fikirləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev bildirib.
Ekspertin sözlərinə görə, valideynlərin narazılığının əsas səbəblərindən biri məktəbin mühafizə sisteminin güclü olması və gələn valideynlərin içəri buraxılmamasıdır:
“Məktəbə hər gələn valideynin içəri buraxılmasının və məktəb qapısının açıq olmasının tərəfdarı deyiləm. Məktəbdə 600-700 şagird təhsil alırsa və onların 20%-nin valideyni məktəbə gəlirsə, məktəbdə təxminən 200-ə yaxın valideyn olur. Bu isə həm qarışıqlığa səbəb ola bilər, həm də tədrisin keyfiyyətinə mənfi təsir göstərə bilər. Buna görə də ümumtəhsil məktəblərimizdə qapıda mühafizəçinin olmasının tərəfdarıyam. Həmçinin, Neft Akademiyasında (indiki ADNSU) baş verən faciəni xatırlayırıq. Həmin hadisədən sonra ölkəmizdə ali təhsil müəssisələrində mühafizə sisteminin gücləndirilməsi tətbiq olunub.
Məktəbdə hər gələn valideynin içəri girməsi doğru deyil, çünki məktəb tədris prosesinin həyata keçirildiyi bir yerdir. Lakin bəzi valideynlər, məsələn, tədris prosesinin videosunu çəkmək və ya məktəbdəki neqativ hadisələri sosial şəbəkələrdə paylaşmaq istəyirlər. Bəzi valideynlər tədris prosesi və ya məktəbdə baş verən neqativ halları sosial şəbəkələrdə reklam etməyi düşünürlər. Bu, heç də doğru deyil".
Ramin Nurəliyev əlavə edib ki, valideynin məktəb rəhbərliyi ilə, xüsusən direktor və direktor müavini ilə görüşməsi təmin olunmalıdır:
"Valideyn övladının müəllimləri, sinif rəhbəri, psixoloqla və hətta tibb işçisi ilə görüşmək istəyirsə, bu tələbi müsbət qarşılanmalıdır. Əslində, bunun bir metodu var. "Təhsil haqqında" qanundan xəbərsiz olan bəzi valideynlər bu problemi yaşaya bilərlər. Valideyn məktəb rəhbərliyi ilə görüşmək istəyirsə, əvvəlcə şifahi şəkildə müraciət etməlidir. Əgər direktor görüşməyi qəbul edirsə, bu yaxşıdır. Əks halda, valideyn yazılı şəkildə müraciət etməlidir və məktubunu poçt vasitəsilə və ya ərizə formasında mühafizəçiyə təqdim etməlidir. Bəzi hallarda, mühafizəçi direktora məlumat vermədən valideyni geri çevirir. Bu, vəzifə borclarını bilməməkdən irəli gəlir. Təəssüf ki, bəzi mühafizəçilər vəzifə borclarını bilmirlər".
Məsələn, övladını məktəbdən xaric edilməsi məsələsi ilə bağlı direktorla görüşmək lazımdır. Lakin “uşağımın psixoloji problemi var” və ya “nəticələri ilə tanış olmaq istəyirəm” kimi məsələlərdə məktəb psixoloqu və ya sinif rəhbəri ilə görüşmək daha doğru olar. Bu cür məsələlər üçün direktorla görüşmək doğru deyil. Hər bir məsələ ilə bağlı aidiyyatı şəxslə danışılmalıdır".
Ekspert qeyd edib ki, valideyn məktəb rəhbərliyi ilə görüşmək üçün doğru mövzunu seçməlidir:
Məsələn, övladını məktəbdən xaric edilməsi məsələsi ilə bağlı direktorla görüşmək lazımdır. Lakin “uşağımın psixoloji problemi var” və ya “nəticələri ilə tanış olmaq istəyirəm”, kimi məsələlərdə məktəb psixoloqu və ya sinif rəhbəri ilə görüşmək daha doğru olar. Bu cür məsələlər üçün direktorla görüşmək doğru deyil. Hər bir məsələ ilə bağlı aidiyyatı şəxslə danışılmalıdır. Eyni zamanda əgər bir valideyn riyaziyyat fənnindən şagirdə “2” yazıldığı üçün birbaşa direktorla görüşmək istəyirsə, bu da doğru deyil. Valideyn əvvəlcə həmin müəllimlə görüşüb məsələni aydınlaşdırmalıdır. Daha sonra tədris məsələləri ilə bağlı direktor müavini ilə də görüşmək mümkündür. Nəticə olaraq, valideyn hər hansı bir məsələ ilə bağlı direktorla görüşmək istəyirsə, əvvəlcə müvafiq şəxslə şifahi və ya yazılı şəkildə müraciət etməlidir".