"Sabah"ın yeni transferi artıq Azərbaycana gəlib.
Umarəli Rəhmonəliyev tibbi baxışdan uğurla keçib və o, bu gün ictimaiyyətə rəsmən təqdim olunacaq.
“Bayquşlar” yarımmüdafiəçini “Rubin“dən mövsümün sonuna qədər icarəyə götürüb.
Masazır təmsilçisi öncə onunla birbaşa müqavilə bağlamaq və bunun üçün 200 min avro ödəmək istəsə də, kazanlılar təkliflə razılaşmayıb.
Ancaq tərəflər arasında anlaşma belə bir bənd keçir: Azərbaycan klubu 21 yaşlı özbəkistanlının çıxışından razı qalarsa, yayda 350 min avroya ödərəyərk, transfer hüququnu ala bilər.
"Transfermarkt" portalında dəyəri 500 min avro göstərilən Rəhmonəliyevin "Rubin"lə müqaviləsi 2026-cı ilin yayına kimi qüvvədədir.
Cari mövsüm Rusiya çempionatında 7 matçda forma geyinmiş orta asiyalı yeni klubunda Elvin Camalovun yerini doldurmalıdır.
Dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edən gənc «Bunyodkor»un yetirməsidir.
2023-cü ilin yayından bəri Rusiyaya üz tutub, «Rubin»lə müqavilə bağlayıb. İndiyədək premyerliaqada 17 oyun keçirib.
Rahmonaliyev Özbəkistanın U-19 və U-20 yığmalarının formasını geyinib. 2023-cü ildən U-23 millisinə dəvət alır və burada kapitan sarğısını daşıyır.
SPORTİNFO.AZ