“Google” Tramp Administrasiyasının əmri ilə edilən dəyişiklikləri əks etdirən federal xəritə məlumat bazasından sonra “Google Maps”də Meksika körfəzi və Alyaskadakı Denali dağının adını dəyişəcəyini açıqladı.
İndex.az xəbər verir ki, “Google” ABŞ prezidenti Donald Trampın keçən həftə verdiyi və Amerikanın bir sıra görməli yerlərinin adının dəyişdirilməsi ilə bağlı sərəncama əməl edir.
İcra sərəncamından sonra ABŞ Daxili İşlər Nazirliyinin bəyanatı yayılıb. Bəyanatda deyilir ki, ad dəyişiklikləri artıq rəsmidir və Amerikanın coğrafi adlandırma qurumları Trampın əmrini yerinə yetirmək üçün sürətlə işləyirlər.
“Bizim rəsmi hökumət mənbələrində yeniləndikdə ad dəyişikliklərini həyata keçirmək təcrübəmiz var” deyə “Google” X-də yazıb.