AZ

Coca-Colalar ixrac edildiyi bu ölkələrdən geri çağırıldı

Belçika Federal Qida Zəncirinin Təhlükəsizliyi Agentliyi (FASFC) Coca-Cola Europacific Partners Belgium tərəfindən istehsal olunan müxtəlif məhsulların həddindən artıq xlorat səviyyəsinə görə geri çağırılmasına qərar verdiyini açıqlayıb.

 

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

 

Məlumatda, istehsal kodları 328 GE ilə 338 GE arasında olan Coca-Cola, Fanta, Sprite, Fuse Tea, Nalu, Minute Maid, Tropico və Royal Bliss markalarına aid qutu və şüşə butulkalardakı içkilərin geri çağırıldığı bildirilib. 

 

İstehlakçılara sözügedən məhsulları istehlak etməmələri ilə bağlı xəbərdarlıq edilib və məhsulların satış nöqtələrinə qaytarıla biləcəyi paylaşılıb.

 

Belçika mətbuatının yazdığına görə, geri çağırılmağa başlayan Coca-Cola məhsulları noyabr ayından etibarən Belçikanın Gent şəhərindəki müəssisədə istehsal edilib.

 

Məhsullar Belçikadan başqa Hollandiya, İngiltərə, Almaniya, Fransa və Lüksemburqa da göndərilib.

 

Qeyd edək ki, xlorat suyun təmizlənməsində və qida emalında xlor əsaslı dezinfeksiyaedici maddələrin istifadəsi nəticəsində yaranır.

Seçilən
5
6
operativmm.az

10Mənbələr