ABŞ Senatı Skott Bessenti maliyyə naziri vəzifəsinə təsdiqləyib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, 62 yaşlı milyarder Bessent Key Square Group investisiya fonduna rəhbərlik edir. 2011-ci ildən 2015-ci ilə qədər Soros Fondu İdarəetməsinin Baş İnvestisiya Direktoru vəzifəsində çalışıb.
“Forbes” jurnalının qeyd etdiyi kimi, ABŞ prezidenti Donald Tramp və Bessent uzun illərdir ki, bir-birini tanıyır; 2016-cı ildə sərmayəçi Respublikaçıların ilkin komitəsinə 1 milyon dollar bağışlayıb və 2024-cü il seçki kampaniyası zamanı ona fəal şəkildə kömək edib, o cümlədən 3 milyon dollar ianə edib. O, seçkiqabağı kampaniyalarda Trampa əsas iqtisadi müşavir kimi xidmət edib. Tramp daha əvvəl onu “Uoll Stritin ən parlaq adamlarından biri” adlandırmışdı.