“Tramp hələ seçki kampaniyası dövründə bildirmişdi ki, neftin qiymətinin azalması Amerikada inflyasiyanı azaldacaq. Ən başlıcası isə amerikalıların rifahına xidmət edəcək. İndi o, dediyi sözə əməl etməyə çalışır. Böyük ehtimal ki, onun proqramında neftin qiymətinin düşməsinin iqtisadiyyatın inkişafına necə təsir edəcəyinin detalları var. Əgər Tramp dediklərinə nail olarsa, bu, dünyada növbəti böhranların yaranmasına səbəb olacaq”.
Bunu Bakupost.az -a politoloq Zərdüşt Əlizadə bildirib.
O qeyd edib ki, Tramp amerikalıların mənafeyini düşünür:
"Neftin qiymətinin azalması neft ixrac edən, büdcəsi neft gəlirləri hesabına formalaşan ölkələrə mənfi təsir edəcək. Ona görə də həmin ölkələr neftin qiymətinin düşməsindən narazı və narahatdırlar:
"Amma Tramp bundan narahat deyil. O, neftin qiymətinin aşağı salınması mesajı ilə yanaşı Rusiyanı da sanksiyalarla hədələyir. Mesaj verir ki, Vaşinqtonun tələblərinə razı olsun. Əsas məqsəd Moskva-Kiyev danışıqlarını təşkil etmək, ən başlıcası, tərəfləri bir masaya gətirməkdir”.
Sevinc,
BakuPost