Avropa İttifaqı (Aİ) və Böyük Britaniya Şimal dənizində balıq ovu hüququ ilə bağlı məhkəməyə müraciət ediblər.
AzNews.az xəbər verir ki, Reuters bu barədə məhkəmə materiallarına istinadən məlumat yayıb.
Prosesə səbəb Britaniyanın Şimal dənizinin sularında balıq ovuna qadağa qoyması olub. Böyük Britaniya balıq ovu qadağasının ekoloji səbəblərini göstərir və elmi məsləhətlərə istinad edir. Eyni zamanda, Avropa İttifaqının nümayəndələri qadağanın ayrı-seçkilik və qeyri-mütənasib olduğunu qeyd edirlər. İngilis gəmiləri kiçik balıqları tutmur, lakin Danimarka donanmaları onları müxtəlif məqsədlər üçün, o cümlədən yağ mənbəyi kimi fəal şəkildə ovlayır.