İran Mədəniyyət və İslam İrşad Nazirliyi Türk dilində kitabların nəşrinə qadağa qoyub.
XəzərNews.az xəbər verir ki, bu barədə GADTB məlumat yayıb.
Məlumata görə, Azər Turan Nəşriyyatı, İran Mədəniyyət və İslam İrşad Nazirliyinin “millətçilik” bəhanəsi ilə bəzi türk dilində kitabların nəşrinə mane olması ilə bağlı bir siyahı yayımlayaraq bu qərara etiraz edib.
Nəşriyyat, bir neçə dəfə edilən düzəlişlərə baxmayaraq, bəzi kitabların iki ildən çoxdur nəşr icazəsi gözlədiyini bildirib.
Azər Turan Nəşriyyatı, Azərbaycan türkcəsidəki kitablarının nəşrinin İran Mədəniyyət və İslam İrşad Nazirliyinin bu əsərlərə senzura qoyması səbəbilə faktiki olaraq dayandığını bildirib və “millətçilik” adı ilə nəşr icazəsi alına bilməyən kitabların siyahısını yayımlayıb.
Mədəniyyət və İslam İrşad Nazirliyi, “İrani azəri” adlı yeni bir təhriflə türk yazarlara və nəşriyyatçılara əlavə təzyiq və məhdudiyyətlər tətbiq edib.
Xəbər 3 dəfə oxunub.