AZ

Mürəkkəb nitq qüsurlarının yaranma səbəbləri fərqli xüsusiyyətlərə malikdir - SN

Bakı. Trend:

Mürəkkəb nitq qüsurlarının yaranma səbəbləri müxtəlifdir vəfərqli xüsusiyyətlərə malikdir.

Trend xəbərverir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”daloqoped Aygün Ələkbərova açıqlayıb.

Onun sözlərinə görə, mürəkkəb nitq qüsurları anadangəlmə vəsonradan qazanılan ola bilər:

“Yaranma səbəblərinə nitq aparatının üzvi patologiyaları və yanitqə təsir edə biləcək sosial-psixoloji amillər aid edilir. Ağırnitq qüsurunun yaranma səbəblərini (uşaqlarda, yaxud böyüklərdə)yalnız mütəxəssislər müəyyən edə bilərlər. İlk şübhələr yarandıqdaloqopedə və ya həkimə müraciət etmək vacibdir, çünki erkən müraciətgələcəkdə aparılan korreksiya işləri zamanı daha müsbət nəticə verəbilər”.

A.Ələkbərova bildirib ki, mürəkkəb nitq qüsuru zamanı nitqinbütün tərəfləri pozula ola bilər:

“Nitqin hərəkətliyi, aktivliyi, nitqin qrammatik, leksiktərəfinin normaya uyğun olmaması, səs tələffüzünün təhrifinin,məhdud təfəkkürün, təxəyyülün olması, ünsiyyət bacarıqlarınınolmaması, yazı və oxu çətinlikləri ilə müşahidə oluna bilər.Mürəkkəb nitq qüsurları loqopedik klassifikasiyasına aiddir”.

Loqoped sonda qeyd edib ki, mürəkkəb nitq qüsurları deyərkənalaliya, dizartriya, rinolaliya, kəkələmə, afaziya kimi nitqqüsurları aid edilir.

Məqalədə:
Seçilən
24
1
az.trend.az

2Mənbələr