AZ

Selena Qomez Trampın qərarlarına ağlayaraq reaksiya verdi

Meksika əsilli dünyaca məşhur müğənni Selena Qomez sosial media hesabında paylaşdığı video ilə gündəmə gəlib.

"Unikal" xəbər verir ki, ABŞ prezidenti Donald Trampın meksikalı mühacirlərə qarşı verdiyi sərt qərarlarla bağlı göz yaşları içində açıqlama verən Qomez, “Bütün xalqım hücuma məruz qalır. Mən həqiqətən kədərlənirəm. Kaş nəsə edə biləydim",-  deyə ifadə edib. 

Bildirək ki, Tramp administrasiyası ABŞ-Meksika sərhədində qeyri-qanuni mühacir axınının qarşısını almaq üçün yeni bir sıra qərarlar qəbul edəcəyini açıqlayıb. Bu qərarlar arasında immiqrantların müraciət prosesində istifadə edilən "CBP One" tətbiqinin ləğvi, sərhəd təhlükəsizliyini artırmaq üçün 1500 əsgərin göndərilməsi və vətəndaşlıq hüququnun ləğvi kimi radikal tədbirlər var.

Meksika əsilli ailədən olan Selena bu qərarlar verildikdən sonra sosial şəbəkədə paylaşdığı videoda göz yaşlarını saxlaya bilməyib. Qomez pərəstişkarlarının reaksiyasından qısa müddət sonra videonu silib. "Görünür, insanlara empatiya göstərmək düzgün deyil", - deyə o, izah edib.

Məşhur müğənni göz yaşları içində paylaşıb: “Bütün xalqıma hücum edirlər” - 1

Seçilən
30
50
unikal.az

10Mənbələr