"Qarabağ" daha bir futbolçu ilə yolları ayıra bilər.
Offsideplus.az xəbər verir ki, söhbət Elvin Cəfərquliyevdən gedir. Müdafiəçi ilə "Ferentsvaroş" maraqlanır. Bu barədə məlumatı "Sportinfo" yayıb.
Macarıstan təmsilçisi millimizin üzvü üçün "Qarabağ"la danışıqlara başlamaq niyyətindədir.
Qeyd edək ki, Elvin Cəfərquliyevin Ağdam təmsilçisi ilə 2026-cı ilin yayına qədər müqaviləsi var.