AZ

Türkiyədə İŞİD ilə əlaqədə şübhəli bilinən 100 nəfər saxlanılıb

Türkiyənin 24 vilayətində son bir həftə ərzində həyata keçirilən genişmiqyaslı əməliyyatlar nəticəsində İŞİD terror təşkilatı ilə əlaqəsi olan 100 şübhəli saxlanılıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial şəbəkədə yazıb.

Daxili işlər naziri qeyd edib ki, əməliyyatlar ölkənin İstanbul və Ankara kimi böyük vilayətlərini də əhatə edib.

Saxlanılan şəxslər cinayət təşkilatlarını maliyyələşdirməkdə və terrorizmi təbliğ etməkdə ittiham olunurlar.

“GÜRZ” kod adlı əməliyyatın iki mərhələsi prokurorluq orqanları ilə razılaşdırılıb” deyən nazir, eyni zamanda, ölkədə terror təhlükəsini tamamilə aradan qaldırmaq əzmini vurğulayıb.

Seçilən
4
1
xezerxeber.az

1Mənbələr