Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin sabiq sədri Zaur Hüseynov buna görə məsuliyyətə cəlb oluna bilərmi?
Olaylar.az xəbər verir ki, iqtisadçı Natiq Cəfərli Globalinfo.az-a açıqlamasında uzun illərdir metropolitendə bu prosesin baş verdiyini bildirib.
İqtisadçının sözlərinə görə, baş verən hal yalnız indiki rəhbərliyin məsuliyyəti deyil:
"Uzun illərdir metropolitendə maya dəyərinin şişirdilməsi, əlavə xərclərin olması kimi proseslər olub və var. Hesablama Palatası isə son bir ili yox, son bir neçə illəri yoxlayıb. Ona görə də əgər məsuliyyətə cəlb olunma məsələsi varsa, bütün bu günə qədər olan metropoliten rəisləri məsuliyyət daşımalıdırlar. O cümlədən də indiki rəhbərlik".
Özəl mənbələrdən əldə edilən məlumata görə, hazırda Bakı Metropoliteni QSC-də ciddi islahatlara hazırlıq gedir. Kommunikasiyadan tutmuş, maliyyəyə, idarəetməyə və s. vacib məsələlərə təzədən baxılır. Zəif nöqtələrə, həssas məqamlar araşdırılır, problemlərin kompleks həlli üçün təkliflər hazırlanır. Zaur Hüseynovun rəis olduğu 10 il müddətdə metropolitendə yol verilmiş mənimsəmənin güman edildiyindən daha çox olduğuna dair iddialar var.