AZ

ARAF rəsmisi: "Dünya Kubokunda uğurlu çıxış Azərbaycanda polo ənənələrinin inkişaf etdiyini təsdiqləyir"

Bu turnirdə uğuru çıxış Azərbaycanın polo ənənələrini qoruyub inkişaf etdirdiyini və beynəlxalq səviyyədə tanıtdığını bir daha təsdiqləyir.

Bunu "Report"a açıqlamasında Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) baş katibi Emil Seyidov deyib.

O, Azərbaycanın qarüstü polo komandası “Azerbaijan - Land of Fire"nin İsveçrənin Sankt Moritz şəhərində keçirilən Dünya Kubokunda ikinci olması ilə bağlı fikirlərini bölüşüb:

"Land of Fire” Azərbaycan komandası artıq üçüncü dəfədir ki, Dünya Kubokunda iştirak edir. Bu turnir qar üzərində keçirilən ilk polo turniri olaraq, dünyanın ən nüfuzlu idman tədbirlərindən biridir. Donmuş St.Moritz gölünün üzərində, xüsusi qar meydançasında təşkil edilən bu yarış həm yüksək səviyyəli idman mübarizəsi, həm də qış idman atmosferi ilə fərqlənir. Qarüstü polo ənənəvi polo oyunundan fərqli qar üzərində oynanılır və daha böyük, yüngül narıncı topdan istifadə olunur".

ARAF rəsmisinin sözlərinə görə, komanda 2022 və 2023-cü illərdə keçirilən turnirlərdə ardıcıl iki dəfə çempionluq qazanaraq, Azərbaycanın bu idman növündəki gücünü bir daha nümayiş etdirib:

"Bu il keçirilən yarışda komanda finala qədər uğurla irəliləsə də, final oyununda İsveçrənin güclü "The Kusnacht Practice" komandası ilə qarşılaşdı. Çətin və gərgin keçən mübarizədə komandamız yüksək performans göstərsə də, oyun 5:4,5 hesabı ilə rəqibin xeyrinə başa çatdı. Komandanın kapitanı Elçin Camallı başda olmaqla, oyunçularımız bütün yarış boyunca peşəkarlıq nümayiş etdirdilər və tamaşaçılara möhtəşəm oyunlar təqdim etdilər. Azərbaycan yığması növbəti yarışlarda daha böyük uğurlara imza atmağa hazırdı və qarüstü polo sahəsində qazandığı təcrübə ilə bu idman növündə yeni nailiyyətlər əldə edəcəyinə inanırıq".

Seçilən
21
12
report.az

10Mənbələr