AZ

Kapitoli binası yaxınlığında silahlı şəxs saxlanıldı

ABŞ-da Kapitoli binasına girməyə cəhd edən bıçaqlı şəxs Vaşinqton ştatının polisi tərəfindən saxlanılıb.

 

Bu barədə "NBC4 Vashington" telekanalı məlumat yayıb.

 

Məlumata görə, şübhəli şəxsi görən polis ona suallar verməyə başlayıb. Kişi cavab olaraq bıçaq və "Molotov kokteyli" ilə silahlandığını bildirib və bundan sonra "qanunsuz fəaliyyətə" görə həbs edilib. Onun dəqiq motivləri hələ açıqlanmayıb.

 

Qeyd edək ki, bu, ilin əvvəlindən ölkədə naməlum şəxsin mühüm binanın ərazisində saxlanılması ilə bağlı artıq üçüncü haldır.

Seçilən
13
senzor.az

1Mənbələr