AZ

ATU-da narkomaniya ilə mübarizə mövzusunda maarifləndirici tədbir keçirilib

Azərbaycan Texnologiya Universitetində (ATU) narkomaniya ilə mübarizəyə həsr edilmiş tədbir keçirilib. 

Bu barədə universitetdən TƏHSİL.BİZ -ə məlumat verilib. Bildirilib ki, tədbir Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə “Gənclərin Anti-Narkomaniya” İctimai Birliyinin (İB) “Ekomediasiya: sağlamlıq və ekologiya arasında gənclik körpüsü” layihəsi çərçivəsində baş tutub.  

Tədbirdə ATU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Şahmar Həsənov, “Gənclərin Anti-Narkomaniya” İB-nin sədri Büllur Məmmədova, Gəncə Şəhər İcra Hakimiyyətinin hüquq şöbəsinin əməkdaşı Semur Abdullayev, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Regional Şöbəsinin əməliyyat müvəkkili polis baş leytenantı İsmayıl Şıxəliyev, Gəncə şəhər Narkoloji Dispanserin nümayəndəsi Nurlana Rəhimova tələbələr qarşısında çıxış edib, narkomaniya kimi zərərli vərdişlərlə mübarizə yollarından, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına böyük təhlükə yaradan, həmçinin cinayətkarlığın artmasına səbəb olan bu bəlanın fəsadlarından danışıb, tələbələrin mövzuya dair suallarını cavablandırıblar.

 

 

 

 

 

Seçilən
6
tehsil.biz

1Mənbələr