AZ

Naxçıvanda yeni elektrik sayğacları quraşdırılır

Image

Naxçıvan Muxtar Respublikasında yeni elektrik sayğaclarının quraşdırılmasına başlanılıb. Muxtar respublikanın Dövlət Energetika Xidmətinin funksiyalarının "Azərenerji" və "Azərişıq" ASC-lərə ötürülməsi istiqamətində işlər davam etdirilir.
Cəmiyyətlərin balans məhsubiyyətləri sərhədlərində olacaq elektrik stansiyalarından, transformator yarımstansiyalarından və sistemtəşkiledici elektrik verilişi xətlərindən keçən elektrik enerjisinə real vaxtda alına biləcək ölçülər əsasında fasiləsiz nəzarət etmək üçün məsafədən oxunan, nəzərdə tutulan “SCADA” sisteminə birləşdirilməyə texniki imkanı olan yeni elektrik sayğaclarının Naxçıvanda quraşdırılmasına başlanılıb.
Yaxın zamanlarda cəmiyyətlərin “Baş İdarəetmə Mərkəzi”ni yaratmaq, onların fəaliyyətini müasir texnoloji platforma əsasında həyata keçirmək və avtomatlaşdırılmış dispetçer idarəetməsini reallaşdırmaq, enerjisistemin avtomatik idarəedilməsinin, idxal-ixrac proseslərinin, tənzimləmələrin həyata keçirilməsi və əməliyyatların insan müdaxiləsi olmadan məsafədən aparılması nəzərdə tutulur.

Mətləb





Seçilən
14
4
baki-xeber.com

5Mənbələr