AZ

Türkiyədə xüsusi əməliyyat - 100 nəfər İŞİD-ə görə saxlanıldı

Image

Türkiyədə xüsusi əməliyyat zamanı İŞİD terror təşkilatının üzvü olmaqda şübhəli bilinən təxminən 100 nəfər saxlanılıb. Bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib. Nazirin sözlərinə görə, əməliyyat bir həftə ərzində İstanbul və Ankara da daxil olmaqla ölkənin 24 vilayətində keçirilib. Saxlanılanlar İŞİD sıralarında döyüş əməliyyatlarında iştirakda, qruplaşmanın maliyyələşdirilməsində, həmçinin sosial şəbəkələr vasitəsilə terrorun təbliğində şübhəli bilinirlər. Əməliyyat zamanı çoxsaylı sənədlər və rəqəmsal materiallar da müsadirə edilib.

Mətləb Salahov






Seçilən
12
6
baki-xeber.com

10Mənbələr