Dünya ədəbiyyatında görkəmli yerlərdən birini tutan böyük rus yazıçısı Anton Pavloviç Çexovun 165 illik yubileyi münasibətilə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında sərgi təşkil edilib.
MEK-in fondlarındakı nəşrlər əsasında təşkil edilən sərgidə yazıçının “Məmurun ölümü”, “6 N-li palata”, "Qağayı", "Üç bacı", "Albalı bağı", "Vanya dayı" və digər seçilmiş əsəsrləri, eləcə də haqqında yazılan əsərlər təqdim edilib.
29 yanvar 1860-cı ildə anadan olan Çeхоv dramaturq kimi klassik rus ədəbiyyatının ən yaхşı nümunələrini yaradıb. Antоn Pavlоviç Çeхоv iхtisasca həkim оlsa da, yazıçı kimi daha böyük şöhrət qazanıb, ədəbiyyatın bir çox janrlarında yazıb-yaradıb, qələmi ilə yaşadığı dövrün ən real səhnələrini, ictimai həyatın maraqlı və ziddiyyətli tərəflərini əks etdirib. Dramaturq, hekayəçi, rus ədəbiyyatının mütərəqqi ənənələrini davam etdirən, eyni zamanda novator yazıçı 1904-cü il iyulun 15-də vəfat edib.