Qazaxıstan tezliklə respublikanın birinci Atom Elektrik Stansiyasının (AES) tikintisinə dair sazişlər bağlayacaq və ikinci və üçüncü stansiyaların tikintisi üçün yerləri müəyyən edəcək.
Operativ Media Kazinoform-a istinadən xəbər verir ki, bunu Qazaxıstanın Baş naziri Oljas Bektenov bildirib.
“Yaxın vaxtlarda biz Almatı vilayətində birinci AES-in tikintisi ilə bağlı lazımi razılaşmaları bağlayacağıq, həmçinin ikinci və üçüncü AES-in tikintisi üçün mümkün yerləri müəyyən etmək üçün regionların təhlili tamamlanır", - məılumatda deyilir.
Qeyd edək ki, Qazaxıstanda 2024-cü il oktyabrın 6-da ölkənin ilk atom elektrik stansiyasının tikintisi ilə bağlı respublika referendumu keçirilib. Respublika Mərkəzi Seçki Komissiyasının məlumatına görə, layihəni seçicilərin 71,12 faizi dəstəkləyib.