“Lion” baş məşqçi Pyer Sajı istefaya göndərib.
QOL.az xəbər verir ki, bu barədə “L`Equipe” məlumat yayıb.
Mütəxəssislə yollar komandanın uğursuz nəticələrinə görə ayrılıb.
Xəbərdə bildirilib ki, "Lion" baş məşqçi vəzifəsinə “Milan”ın sabiq çalışdırıcısı Paulo Fonsekanı gətirmək istəyir.
Qeyd edək ki, Pyer Saj 2023-cü ildən “Lion”un baş məşqçisi idi.
Əlavə edək ki, hazırda "Lion" Liqa 1-in turnir cədvəlində 30 xalla 6-cıdır.