İranın Qəzvin şəhərinin imamcüməsi Əbdül Kərim Abedini vəzifəsindən azad edilib.
Sitat.info xəbər verir ki, məlumatı “Etemadonline” yayıb.
Qeyd edək ki, Əbdül Kərim Abedini anti-Azərbaycan çıxışları ilə tanınırdı.
Xatırladaq ki, İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Marian Yanvarın 25-də Xarici İşlər Nazirliyinə çağırılıb.
Məlumata görə, görüş zamanı son zamanlar hökumət dairələrinə yaxın İran mətbu orqanlarında Azərbaycan əleyhinə, ölkə rəhbərliyinə qarşı açıq-aşkar şəkildə aparılan kampaniyaya etiraz bildirilib.