İsrail ordusu Qəzza zolağında fələstinlilərə atəş açaraq HƏMAS ilə atəşkəs razılaşmasını pozduğunu etiraf edib.
Publika.az xəbər verir ki, bu barədə İsrail ordusu yazılı açıqlama verib.
Açıqlamada Qəzza zolağının müxtəlif bölgələrində “şübhəlilərin” İsrail qüvvələrinə doğru hərəkət edərək təhlükə yaratdığı və əsgərlərin onlara atəş açdığı çoxsaylı insidentlər olduğu iddia edilib.
Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın məlumatına görə, İsrail ordusunun mülki vətəndaşları daşıyan at arabasına hücumu nəticəsində 1 uşaq ölüb, 3 nəfər yaralanıb.