AZ

“İqtisadi artım” üzrə İşçi qrup 2024-cü ilin monitorinq nəticələrini müzakirə edib (FOTO)

Bakı. Trend:

“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadiinkişaf Strategiyası”nın 2024-cü il üçün nəzərdə tutulmuşhədəflərinin icrasına dair “İqtisadi artım” İşçi qrupunun növbətiiclası keçirilib.

İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, İşçi qrupunsədri, iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Strategiyaçərçivəsində 2024-cü ildə həyata keçirilən tədbirlərin ölkənindayanıqlı və rəqabətqabiliyyətli inkişafının təmin olunmasındarolunu vurğulayıb. İşçi qrupun əhatə etdiyi fəaliyyət istiqamətləriüzrə əldə olunmuş nəticələr diqqətə çatdırılıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin(İİTKM) icraçı direktorunun müavini Ayaz Müseyibov tədbirlərinyerinə yetirilməsi vəziyyəti barədə məlumat verib. İşçi qrupun sədrmüavini, İqtisadi İslahatların Təhlili və Kommunikasiya MərkəzininMonitorinq və Qiymətləndirmə şöbəsinin müdiri Orxan SadıqovStrategiyada nəzərdə tutulan tədbirlərin icrasının monitorinq vəqiymətləndirilməsinə dair 2024-cü il üzrə hazırlanmış hesabatıtəqdim edib, icra prosesində qarşıya çıxan çətinliklər vətövsiyələr barədə məlumat verib.

İclasda İşçi qrupun üzvləri və aidiyyəti dövlət qurumlarınınnümayəndələri ilə 2024-cü il üzrə hazırlanmış hesabat ətrafındamüzakirələr aparılıb, rəy və təkliflər dinlənilib, icraeffektivliyinin artırılması istiqamətində tövsiyələr verilib, əsasçağırışlar və növbəti addımlar müəyyənləşdirilib.

Qeyd edək ki, “İqtisadi artım” İşçi qrupu “AzərbaycanRespublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişafStrategiyası”nda “Davamlı və yüksək iqtisadi artım” və “Paytaxt vəregionların tarazlı inkişafı” məqsədləri üzrə nəzərdə tutulmuştədbirlərin tam, vaxtında və effektiv icrasını təmin etmək,həmçinin aidiyyəti dövlət orqanlarının fəaliyyətlərininəlaqələndirilməsi məqsədilə yaradılıb.

“İqtisadi
“İqtisadi
“İqtisadi
Seçilən
4
5
az.trend.az

6Mənbələr