AZ

Mənzildə yanğın çıxarsa:-Ekspertdən vacib tövsiyələr

“Türkiyənin Bolu şəhərində oteldə baş vermiş yanğın bizim üçün də dərs olmalıdır. İstirahət mərkəzlərində yanğından mühafizəyə nəzarət gücləndirilməlidir”. 

Bu sözləri Türkiyədə yaşayan fövqəladə hallar üzrə ekspert Vüsalə Əliyeva “Cebheinfo.az”-a açıqlamasında deyib. O bildirib ki, hər evdə yanğının çıxma ehtimalı yüksǝkdir: 

“Mǝtbǝxdǝ yağın hǝddǝn artıq isinmǝsi ilǝ bir anda yanğın başlayarsa, özünüzü itirmǝdən bir ǝski parçasını, dəsmalı isladaraq sıxıb yanan tavanın və qazanın üzǝrinǝ atsanız, yanğın dǝrhal sönǝcǝk. Yanan tavaya qǝtiyyǝn su tökmǝk olmaz.

Qazana su töksəniz, yanğın daha şiddǝtli alovlanacaq vǝ sürǝtlǝ ǝtrafa yayılacaq. Hǝr şeydǝn ǝvvǝl isǝ mǝtbǝxdǝ yemǝk bişirǝrkǝn mütlǝq diqqǝtli olmaq lazımdır. Ocağın üstünǝ qoyulan tavanın, qazanın hǝddǝn artıq isinmǝsinǝ yol vermək olmaz. Evdǝ yanğın çıxarsa vǝ siz yanğını söndürǝ bilmǝsǝnǝz, o zaman yanğın alovları vǝ tüstü yuxarı doğru yüksǝldiyi üçün yerǝ ǝyilib, yanan yeri sürǝtlǝ tǝrk etmək lazımdır”. 

Qeyd edək ki, Türkiyənin Bolu şǝhǝrindǝki “Kartalkaya Kurort” otelindǝ baş vermiş yanğının sǝbǝbi mǝlum olub. Yanğın otelin 4-cü mǝrtǝbǝsindǝ yerləşən restoranda gecǝ saat 03:27 radələrində başlanıb. Yanğın mǝtbǝxdə çalışanlar sǝhǝr qǝlyanaltısı hazırlamaq üçün elektrikli bişirmǝ cihazlarından istifadǝ edǝrkǝn qızmış yağdan alov çıxıb. Özlǝrini itirən çalışanlar alovu su ilǝ söndürmǝk istǝyǝrkǝn yanğın da alovlanıb vǝ ətrafa yayılıb. Yanğın mǝtbǝxin bacasından sürǝtlǝ yuxarı mǝrtǝbǝlǝrǝ yüksǝlib. 

Seçilən
4
cebheinfo.az

1Mənbələr