Türkiyədə 78 nəfərin həyatını itirdiyi hoteldə baş verən yanğından xilas olan aşpaz Mustafa Serbest yaşadığı qorxulu anlardan danışıb.
Medianews.az “Haberler.com”a istinadən xəbər verir ki, təhlükəsizlik tədbirlərinin qeyri-kafi olduğunu və hadisənin bir səhlənkarlıq zənciri olduğunu vurğulayan Serbest, ölmədiyimə görə peşman olduğunu deyib.
Serbest 3 ildir qış mövsümündə “Grand Kartal” hotelində aşpaz işlədiyini, ona görə də bölgəni və hoteli yaxşı tanıdığını qeyd edən Serbest yanğın gecəsini unuda bilmədiyini bildirib.
“Gecə bir səsə oyandım, dostumuz yuxudan oyandırdı, saat 02.45-03.00 radələri idi. “Yanğın var” deyə qışqırıqlar gəldi. Çıxdığımız zaman hər yer tüstü idi və nə edəcəyimi düşündüm. Görə bilmədik. Yolu bildiyim üçün özüm çıxdım. Qaraja tərəf getdik, lakin qapısı qapalı idi. 15-20 nəfərlə açmağa çalışdıq. Sonra özümüzü çölə atdıq. O vaxta qədər çox da yanğın yox idi, tüstü idi. Saat 03.30-da bayıra çıxdım. Təxminən yarım saat, 40 dəqiqə içəridə mübarizə apardıq”, – otağının hotelin 2-ci mərtəbəsində olduğunu bildirən Serbest Mustafa Serbest bildirib.
Serbest bayıra çıxanda hotelin alov içində olduğunu və insanların otaqların pəncərələrindən kömək istədiklərini gördüyünü qeyd edib.
O, yanğınsöndürmə briqadasının hadisə yerinə təxminən 1 saat sonra gəldiyini, hoteldəki insanların qaçmaq üçün pəncərədən tullandığının şahidi olduğunu və hoteldə kifayət qədər yanğın tədbirinin olmadığını vurğulayıb.
“Bəzilərini xilas etmək şansımız oldu, amma bəzilərini xilas edə bilmədik. Onlar tullanmadan əvvəl biz onların altına çarpayı atırdıq. Hoteldə yanğın dedektoru var idi, amma işləmirdi. Yanğınsöndürən balon görmədim. Bildiyimə görə, aşpazın iş hotağının qarşısında bir dənə var idi. Heç nə görmədim. Hoteldə heç bir suvarma sistemi yox idi. Yanğın pilləkənı var idi, amma işçilər tərəfindən istifadə olunurdu. Xəbərdarlıq nişanlar olsa da, işıqlandırılması yetərsiz idi. Yəqin ki, qapılardan biri yanan zaman içəri daxil olub. Ölmədiyimə görə peşmanam, çünki o qışqırıqı eşitsən… Öz atası uşağını atır. Sən belə bir şeyə dözə bilərsənmi? Hər kəs öz canını ortay qoydu. Bir ümid olaraq hər kəs tulanır. Hər yerdə qışqırıq. Kömək edə bilmirsən, sadəcə baxırsan. Edə bildiyin qədər etdin, amma daha edə bilmirsən. Girib almadan da çıxmaq da vardır. Hər tərəf dumandı. Cəhənnəmi yaşadıq”, – deyən Mustafa Serbest bir daha Kartalkayaya getmək istəmədiyini bildirib.