AZ

Bakıda saxlanılan qalmaqallı hakim Rusiyaya təhvil verilə bilər - VİDEO

Azərbaycanda saxlanıldığı iddia olunan Krasnodar vilayət məhkəməsinin keçmiş hakimi Yelena Xaxaleva məhkəmənin qərarı ilə Rusiyaya ekstradisiya olunacaq. Bu barədə Rusiya mediası öz mənbələrinə istinadən məlumat yayıb.

Qeyd edilib ki, Xaxaleva Bakıdan Dubaya getməyi planlaşdırarkən hava limanında saxlanılıb. O, pasport nəzarətindən keçəndə keçmiş məşhur axtarışda olduğu məlum olub.

“Xaxaleva Azərbaycan məhkəməsi müvafiq qərar verdikdən sonra Rusiyaya ekstradisiya olunacaq”, - mənbə bildirib.

Yelena Xaxaleva 2022-ci ildə külli miqdarda dələduzluqda və vəzifə saxtakarlığında şübhəli bilinərək beynəlxalq axtarışa verilib. Krasnodar vilayət məhkəməsinin rəyasət heyətinin üzvü və sədr müavini həmçinin qızına bir neçə milyon dollara başa gələn toy etməsi ilə gündəmə çevrilmişdi.



Tural

Seçilən
11
news365.az

1Mənbələr