“Son aylar banklar depozitlər üzrə faizləri yüksəldiblər. Bu isə onu deməyə əsas verir ki, verdikləri kreditlərin də faizinə dəyişiklik ediblər. Bankların həm gəlirlərində, həm də xərclərində artım var”.
Bunu Bakupost.az -a bankların depozitlər üzrə faizləri yüksəltməsi məsələsinə münasibət bildirərkən iqtisadçı ekspert Xalid Kərimli deyib.
Onun sözlərinə görə, depozit faizlərinin artırılması Mərkəzi Bankın apardığı siyasətin nəticəsidir:
“Mərkəzi Bank ötən ilin sonlarında həm likvidlik əmsalına dair tələblər irəli sürdü, həm də bankların məcburi ehtiyat normasını artırdı. Əvvəl bu göstərici 1-2 faiz idisə, hazırda 20 faiz üzərindədir. Mərkəzi Bankın bu addımındakı məqsəd bank bazarında rəqabəti artırmaq idi. Böyük banklar da faiz xərclərini artırmış oldu. Beləliklə, insanlar banklara yönəlməyə başladılar. Nəticələrdən də görünür ki, Mərkəzi Bank öz məqsədinə nail olub”.
Sevinc,
BakuPost