AZ

Azərbaycanın maliyyə dəstəyi ilə Əfqanıstanda Əfşar icmasından olan uşaqlar üçün məktəb açılıb

"Did Pres”" saytı xəbər verir ki, Azərbaycanın maliyyə dəstəyi ilə Əfqanıstanın paytaxtı Kabildə yeni təhsil mərkəzi açılıb. "Afşar Ulduzu" adlanan bu mərkəz Azərbaycan Beynəlxalq İnkişaf Agentliyi (AIDA) tərəfindən maliyyələşdirilir və Əfşar icmasından olan uşaqlar üçün təhsil məqsədilə qurulub.

Əfar icması Əfşarlar imperiyasının banisi olan Nadir şahın dövründə Əfqanıstana köçmüş etnik azərbaycanlılardır və mərkəz əfşar uşaqlarınna dəstək olmaq, eləcə də onların mədəni kimliyini gücləndirmək və təhsil imkanlarını genişləndirmək məqsədi ilə yaradılıb. 
Qeyd olunub ki, mərkəzdə qızlar da təhsil alacaqlar. Taliban dövründə qadınların hüquqları ciddi şəkildə məhdudlaşdırılıb. Belə ki, qadınlar təhsil və işləmək hüququndan məhrum edilib, burqa geyinməyə və kişi qohumları ilə ictimai yerlərdə gəzməyə məcbur edilib. Artıq dörd ildir ki, qızlar məktəbə gedə bilmirlər.

visiontv.az



Seçilən
5
1
visiontv.az

3Mənbələr