AZ

“Latsio” 1/8 finalın ilk iştirakçısı oldu - İCMAL

Yanvarın 21-23-ü aralığıda Avropa Liqasının (AL) əsas mərhələsində 7-ci turun oyunları keçirildi.

"Football-plus.az" xatırladır ki, dekabrda baş tutan əvvəlki turdan sonra pley-offa vəsiqəni təmin edən ilk 7 komanda müəyyənləşmişdi. Qeyd edək ki, həmin komandalardan heç birinin birbaşa 1/8 finalda oynayacağı dəqiqləşməmişdi. Hesabat turunda pley-offda iştirakı məlum olan iştirakçıların sayı 15-ə çatdı. Onlardan yalnız biri – “Latsio” artıq 1/8 finala vəsiqəni təmin edib.

Xatırladaq ki, ilk 4 turda maksimum nəticə göstərən “Latsio”nun qələbə seriyası “Ludoqorets” ilə növbəti oyunda qırılmış (0:0), nəticədə vahid liqa mərhələsində xal itirməyən komanda qalmamışdı. 7-ci tura da topların daha yaxşı fərqinə əsasən 1-ci yerdə başlayan paytaxt təmsilçisi evdə “Real Sosyedad”a qarşı oyunda qələbə üçün elə bir çətinlik çəkmədi. Matça fırtına kimi başlayan Marko Baroninin komandası 5-ci dəqiqədə müdafiəçi Xila ilə hesabı açdı. Hücumlara ara verməyən romalılar rəqibi kobud oynamağa vadar edirdilər. Bu səbəbdən qonaqların müdafiəçisi Munyos 30-cu dəqiqədə növbəti xəbərdarlığa görə meydandan qovuldu. “Latsio” bundan maksimum istifadə etdi. Ev sahibləri Zakkanyi ilə Kastelyanosun qolları ilə fasiləyə hər baxımdan üstün durumda yollandılar. Qeyd edək ki, “Real Sosyedad” avrokuboklarda ikinci dəfə ilk hissədə qapısında üç qol gördü. Maraqlıdı ki, san sebastyanlılara ilk dəfə belə aqibəti 2003-cü ildə Çempionlar Liqasında İtaliyanın digər klubu “Yuventus” yaşadıb. İstəyinə ilk hissədə çatan “Latsio” fasilədən sonra gücünə qənaət etməyi lazım bildi. Rəqib isə bundan yararlanaraq darmadağından qaçmağı bacardı. 1:3 hesablı məğlubiyyətlə “Real Sosyedad”ın İtaliya təmsilçiləri ilə oyunlardakı qələbəsiz seriyası 9-a (5 heç-heçə, 4 məğlubiyyət) çatdı. “Latsio” isə “Atletik”in “Beşiktaş”a gözlənilməz məğlubiyyətindən (1:4) sonra 19 xalla vahid liderə çevrildi. Ən əsası, paytaxt komandası birbaşa AL-in 1/8 finalına vəsiqə qazandı.

Hesabat turu ərəfəsində “Latsio”, “Atletik”, “Anderlext”, “Lion”, “Ayntraxt”, “Qalatasaray” və “Mançester Yunayted” azı pley-offda iştirakını təmin etmişdi. Vahid liqa mərhələsinin sonuna bir tur qalmış buna nail olan komandaların sayı 15-ə çatdı. Azarkeşlərini sonuncu tur ərəfəsində sevindirən 8 klub “Alkmaar”, “Bude/Qlimt”, “Viktoriya” (Plzen), “Olimpiakos”, “Reyncers”, “Tottenhem”, FKSB və “Yunion” oldu. Hazırda turnir cədvəlində hərəyə 16 xal toplayan “Ayntraxt” ilə “Atletik” 2-3-cü yerləri bölüşürlər. MY 15 xalla 4-cü yerdədi.

Təəssüf ki, vahid liqa mərhələsi təmsilçimiz üçün uğursuz davam edir. İlk 6 turda “Tottenhem” (0:3), “Malmö” (1:2), “Ayaks” (0:3), “Lion” (1:4) və “Elfsborq”dan (0:1) xal ala bilməyən və yalnız “Bude/Qlimt”ə 2:1 hesabı ilə qalib gələn “Qarabağ” 36 komanda arasında 33-cü yerdə idi. Ağdamlılar cümə axşamı FKSB-yə də uduzdular (2:3) və 6-cı məğlubiyyət Azərbaycanın son çempionunu turnir cədvəlində 34-cü yerə saldı. Bu nəticə isə “Qarabağ”ın faktiki olaraq mübarizəni əsas mərhələdə dayandıracağı deməkdi.

Ümumiyyətlə, cari mövsüm postsovet məkanından olan komandalar üçün uğursuz keçir. Doğrudu, “Ayaks”a 1:0 hesabıyla qalib gələn RFŞ 5 xalla 34-cü yerdən cədvəlin 30-cu pilləsinə qalxdı. İlk 6 turda xal qazana bilməyən Kiyev “Dinamo”su isə bu dəfə İstanbulda “Qalatasaray” ilə məhsuldar “sülh”ə nail oldu – 3:3. Xatırladaq ki, Ukrayna klubu AL-də 6-cı turdan sonra pley-offda oynamaq şansını itirən ilk iştirakçı olmuşdu. Sonuncu tur ərəfəsində daha 6 komandanın - “Qarabağ”, RFŞ, “Ludoqorets”, “Malmö”, “Slaviya” və “Nitsa”nın da avrokubokla erkən vidalaşacağı müəyyənləşdi.

əsas mərhələ, 7-ci tur
Latsio (İtaliya) - Real Sosyedad (İspaniya) 3:1

Xila, 5. Zakkanyi, 32. Kastelyanos, 34 – Barreneçea, 83.
Latsio: Mandas, Maruşiç, Xila, Romnyoli, Tavareş (Dele-Başiru, 43), Rovella, Genduzi, İsaksen (Noslin, 56), Dia (Balde, 76), Zakkanyi (Çauna, 56), Kastelyanos (Pedro, 46).
Real Sosyedad: Remiro, Subeldiya, Agerd (Paçeko, 71), Munyos, Aramburu, Subimendi (Elustondo, 46), Mendes (Lopes, 36), Kubo (Barreneçea, 46), Oyarsabal (Marin, 46), Suçiç, Beker.

Ayntraxt (Frankfurt, Almaniya) - Ferentsvaroş (Macarıstan) 2:0
Uzun, 49. Ekitike, 59.
Ayntraxt: Trapp, Kristensen (Bahoya, 74), Kox, Tuta (Kollins, 80), Sxiri, Teate, Knauff, Larsson, Uzun (Nkunku, 84), Götse (Şaibi, 74), Ekitike (Matanoviç, 80).

Mançester Yunayted (İngiltərə) - Reyncers (Şotlandiya) 2:1
Batlend, 52-öz qapısına. B.Fernandeş, 90+2 – Dessers, 88.
Mançester Yunayted: Bayındır, Yoro (Malasiya, 55), De Liqt (Maquayr, 46), L.Martines, Dalot, Kollyer (Uqarte, 73), Eriksen (Maynu, 73), Diallo, B.Fernandeş, Zirkzee (Höylunn, 82), Qarnaço.

Hoffenhaym (Almaniya) - Tottenhem (İngiltərə) 2:3
Ştax, 68. Mokva Ntusu, 88 – Meddison, 3. Son Hın Min, 22; 77.
Hoffenhaym: Baumann, Akpoquma, Kaderjabek, Nsoki, Yurasek, Ştax (Mokva Ntusu, 78), Beker, Qlojek (Mixeler, 80), Bişof (Şaves, 80), Moerştedt, Kramariç.
Tottenhem: Ostin, Porro, Drequşin, Devis, Berqvall, Qrey, Meddison (Olusesi, 89), Bentankur, Kulusevski, Son Hın Min (Lankşir, 79), Rişarlison (Mur, 56).

Portu (Portuqaliya) - Olimpiakos (Yunanıstan) 0:1
Əl-Kaabi, 79.
Olimpiakos: Dzolakis, Rodiney, Retsos, Karmu, Orteqa, Muzakitis, Qarsiya, Şikinyo (Stameniç, 89), Kostulas, Masuras (Valde, 46/Koştinya, 77), Əl-Kaabi (Yaremçuk, 90).

Alkmaar (Niderland) - Roma (İtaliya) 1:0
Perrott, 80.
Roma: Svilar, Çelik, Hummels, Ndika, Anxelinyo, Paredes (Baldantsi, 80), Kone, Pizilli, Dibala, Dovbik (Sule, 46), Salemakers (Əl-Şaaravi, 74).
Elfsborq (İsveç) - Nitsa (Fransa) 1:0
Henriksson, 62.
Nitsa: Düpe, Luşe, Mendi, Abdelmonem, Nancu (Ndayşimie, 75), Bar (Abdi, 67), Buanani, İ.Kamara (Kloss, 67), Diop, Mukoko, Şo (Qessan, 67).

QARABAĞ (AZƏRBAYCAN) - FKSB (Rumıniya) 2:3
L.Andrade, 1. Dava, 41-öz qapısına – Şut, 7; 73. Mikulesku, 45+4.

PAOK (Yunanıstan) - Slaviya (Çexiya) 2:0
Şvab, 26-p. Konstantelias, 56.

RFŞ (Latviya) - Ayaks (Niderland) 1:0
Marxiyev, 78.

Yunion (Belçika) – Braqa (Portuqaliya) 2:1
İvanoviç, 50; 74 – Əl-Uazzani, 16.

Ludoqorets (Bolqarıstan) - Midtüllann (Danimarka) 0:2
Osorio, 18. Byuskov, 90+5.

Fənərbaxça (Türkiyə) - Lion (Fransa) 0:0
Malmö (İsveç) - Tvente (Niderland) 2:3
Berq Yonssen, 32. Kristiansen, 79 – Steyn, 28-p. Van Volfsvinkel, 61-p. Laqerbilke, 64.

Viktoriya (Plzen, Çexiya) - Anderlext (Belçika) 2:0
Çerv, 3. Adu, 45.

Bude/Qlimt (Norveç) - Makkabi (Təl-Əviv, İsrail) 3:1
Hög, 39; 65-p. Evyen, 62 – D.Perets, 12.

Qalatasaray (Türkiyə) - Dinamo (Ukrayna) 3:3
Sançes, 6. Bardakçı, 22. Osimhen, 53-p. - Vanat, 44. Yarmolenko, 68; 81.

Beşiktaş (Türkiyə) - Atletik (İspaniya) 4:1
Raşitsa, 17; 60. Rafael Silva, 77. Joao Mario, 90+2 – Unay Qomes, 45.

1. Latsio 7 6 1 0 17-4 19
2. Ayntraxt F 7 5 1 1 14-8 16
3. Atletik 7 5 1 1 12-6 16
4. Mançester Y 7 4 3 0 14-9 15
5. Lion 7 4 2 1 15-7 14
6. Tottenhem 7 4 2 1 14-9 14
7. Anderlext 7 4 2 1 11-8 14
8. FKSB 7 4 2 1 10-7 14
9. Qalatasaray 7 3 4 0 18-14 13
10. Bude/Qlimt 7 4 1 2 13-10 13
11. Viktoriya P 7 3 3 1 12-9 12
12. Olimpiakos 7 3 3 1 6-3 12
13. Reyncers 7 3 2 2 14-9 11
14. Alkmaar 7 3 2 2 10-9 11
15. Yunion 7 3 2 2 7-6 11
16. Ayaks 7 3 1 3 14-7 10
17. PAOK 7 3 1 3 12-8 10
18. Real Sosyedad 7 3 1 3 11-9 10
19. Midtüllann 7 3 1 3 7-7 10
20. Elfsborq 7 3 1 3 9-11 10
21. Roma 7 2 3 2 8-6 9
22. Ferentsvaroş 7 3 0 4 11-12 9
23. Fənərbaxça 7 2 3 2 7-9 9
24. Beşiktaş 7 3 0 4 10-14 9
25. Portu 7 2 2 3 12-11 8
26. Tvente 7 1 4 2 7-9 7
27. Braqa 7 2 1 4 8-12 7
28. Hoffenhaym 7 1 3 3 7-11 6
29. Makkabi T-Ə 7 2 0 5 8-16 6
30. RFŞ 7 1 2 4 6-12 5
31. Slaviya 7 1 1 5 5-9 4
32. Malmö 7 1 1 5 8-15 4
33. Ludoqorets 7 0 3 4 3-10 3
34. Qarabağ 7 1 0 6 6-17 3
35. Nitsa 7 0 2 5 6-15 2
36. Dinamo 7 0 1 6 4-18 1

Bombardirlər: Varqa (Ferentsvaroş), Akgün (Qalatasaray), Omorodion (Portu), Höylunn (Mançester Yunayted), Əl-Kaabi (Olimpiakos) - 5.

Sonuncu turun oyunları yanvarın 30-da keçiriləcək: Olimpiakos – QARABAĞ, Ayaks – Qalatasaray, Roma – Ayntraxt (Frankfurt), Atletik – Viktoriya (Plzen), Dinamo – RFŞ, Midtüllann – Fənərbaxça, Tvente – Beşiktaş, Ferentsvaroş – Alkmaar, FKSB – Mançester Yunayted, Makkabi (Təl-Əviv) – Portu, Nitsa - Bude/Qlimt, Lion – Ludoqorets, Reyncers – Yunion, Real Sosyedad – PAOK, Anderlext – Hoffenhaym, Braqa – Latsio, Slaviya – Malmö, Tottenhem – Elfsborq.

Seçilən
5
football-plus.az

1Mənbələr