Azərbaycan bank sektorunun biznes kreditləri ötən il 2 mlrd. manatdan çox artıb.
"APA-Economics" xəbər verir ki, 2024-cü ildə bankların cəmi biznes kreditləri 14 mlrd. 787,5 mln. manat təşkil edib. Bu isə əvvəlki ilə nisbətən 17,2% və ya 2,17 mlrd. manat çoxdur. Belə ki, 2023-cü ildə bu rəqəm 12 mlrd. 616,8 mln. təşkil edib. Bank sektorunun biznes kredit portfeli 2024-cü ilin sonuncu rübündə əvvəlki rübə nisbətən 2,6% və 379,4 mln. manat artıb.
Hesabat dövründə Azərbaycanda fəaliyyət göstərən 12 bank bu kredit portfelini artırdığı halda, 10 bankın biznes kreditlərində azalma müşahidə edilib.