AZ

İnsan alveri qurbanlarının məxfiliyinin qorunmasında QHT-lərin rolu nədir? Zenfira Mustafayevanın fikirləri

İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının üzvü və Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin rəhbəri Zenfira Mustafayeva QHT.az-a verdiyi açıqlamada, həssas qruplarla, xüsusilə də insan alveri qurbanları ilə işləyən QHT-lərin, Azərbaycanın Fərdi Məlumatlar haqqında qanunvericiliyində nəzərdə tutulan məsuliyyətə uyğun fəaliyyət göstərməli olduqlarını vurğulayıb.

Zenfira Mustafayeva qeyd edib ki, QHT-lər, xüsusilə sıgınacaqlar, yardım mərkəzləri və informasiya şəbəkələri, benefisiarların anonimlik və məxfiliyinin qorunmasında ciddi məsuliyyət daşıyırlar: "Bizim əsas məqsədlərimizdən biri, benefisiarların şəxsi və ailə həyatının sirrini saxlamaq hüququnu müdafiə etməkdir. Qanunvericilikdə fərdi məlumatların mühafizəsi, ötürülməsi, toplanması və subyektin hüquqları geniş şəkildə izah edilib."

Təşkilatın rəhbəri bildirib ki, onlar, benefisiarların məlumatlarını qorumaq üçün, məlumat bazası yaradarkən kodlar və şifrələrdən istifadə edirlər və onların üzlərinin, görüntülərinin və hətta səslərinin yayımlanmasına icazə vermirlər. "Bizim məqsədimiz, bu məlumatların şəxsi məqsədlərimiz üçün, reklam xarakterli yayımlarda və ya görüşlərdə istifadə olunmasının qarşısını almaqdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində də məxfiliyin pozulması və məlumatların yayılması ilə bağlı məsuliyyət nəzərdə tutulub," – deyə Zenfira Mustafayeva vurğulayıb.

QHT sədri həmçinin təşkilatların fəaliyyətində sui-istifadəyə yol verilməməsi, müraciət edən və ya yönəldilən şəxslər barədə məxfi məlumatların açıqlanmaması və onların anonimliyinin qorunması zəruriliyini xüsusi olaraq qeyd edib.

 

İnsan Bu yazı QHT.az platforması və İnsan Alverinə Qarşı Mübarizə Üzrə QHT Koalisiyasının birgə əməkdaşlığı ilə “Ölkələrdə Milli Səviyyədə İnsan Alveri Probleminin Qarşısının Alınması Aylığı” çərçivəsində hazırlanıb.

 

Pərvanə Fərhadqızı

Seçilən
7
qht.az

1Mənbələr