AZ

Avropada Xəbərdarlıq: Coca-Cola geri toplanır, içində dəhşətli maddə aşkarlandı

Coca-Cola yüksək miqdarda xloratın aşkar edildiyi bəzi Avropa ölkələrində satılan içkiləri geri göndərməyi tələb edib.

Tribunainfo.az TRT Haber-ə istinadən xəbər verir ki, Belçika Federal Qida Zəncir Təhlükəsizliyi Agentliyi (FASFC) Coca-Cola Europacific Partners Belgium tərəfindən istehsal edilən müxtəlif məhsulların həddindən artıq xlorat səviyyəsinə görə geri çağırılmasına qərar verdiyini açıqlayıb.

Açıqlamada, istehsal kodları 328 GE ilə 338 GE arasında olan Coca-Cola, Fanta, Sprite, Fuse Tea, Nalu, Minute Maid, Tropico və Royal Bliss markalarına aid qutu və şüşə butulkalardakı içkilərin geri çağırıldığı bildirilib. Eləcə də bu məhsulların müxtəlif növləri geri götürülüb.

Açıqlamada istehlakçılara sözügedən məhsulları istehlak etməmələri ilə bağlı xəbərdarlıq edilib.

 

Dəniz

Seçilən
7
6
tribunainfo.az

10Mənbələr