AZ

ABŞ Rusiya və Ukraynaya belə təzyiq edə bilər - Sabiq nazir AÇIQLADI

ABŞ-nin yeni prezidenti Donald Trampın seçkilər öncəsi verdiyi vədlərdən biri Rusiya-Ukrayna müharibəsinin dayandırılması ilə bağlı idi. Tramp seçildikdən sonra administrasiyasına bununla bağlı xüsusi göstəriş verib və məsələnin 100 günə həll olunmasını tapşırıb.

Maraqlıdır, ABŞ atəşkəsə nail olmaq üçün Rusiya və Ukraynaya təzyiq göstərə biləcəkmi?

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Modern.az-a bildirib ki, indiki vəziyyətdə yekun sülhə nail olmaq mümkün deyil:

“Hamı başa düşür ki, indiki vəziyyətdə yekun sülh mümkün deyil. Müvəqqəti olaraq, atəşkəs rejiminin bərqərar olunması və sonra danışıqlar yolu ilə məsələlərin öz həllini tapması barədə düşünülür. Görünür, tərəflər istəyirlər ki, bəzi siyasi məsələlərə müdaxilə eləsinlər və hansısa tələblər bu və ya digər sənəddə öz əksini tapsın. Proseslər uzun danışıqlar tələb edəcək. Amma atəşkəsə nail olmaq mmükündür. Tramp da bunu istəyir. Hərtərəfli mövqeləri şərh etmək imkanında deyiləm. Çünki təmaslar davam edir, mövqelər sürətlə dəyişir. Hansısa razılıqların əldə olunması mümkündür və gözlənilir. Hesab edirəm ki, bu sənəddə siyasi məsələlər kənara qoyulacağı təqdirdə, nəyəsə nail oluna bilər".

T.Zülfüqarov mümkün atəşkəs sənədində tərəflərin münaqişənin əvvəlində səsləndirdiyi fikirlərin əksəriyyətinin yer almayacağını deyib:

"Birincisi biz başa düşməliyik ki, ilkin bəyan olunan mövqelər təbii olaraq dəyişməlidir. Mövqelər dəyişməsə, heç bir razılaşma mümkün olmayacaq. Bu baxımdan tərəflər möövqelərindən uzaqlaşmalıdırlar. Müharibənin əvvəlində bir çox fikirlər səsləndirilir, mövqelər ortaya qoyulurdu. Əminəm ki, danışıqların ilkin mərhələsində onların əksəriyyəti öz əksini tapmayacaq".

Sabiq nazir vurğulayıb ki, ABŞ-ın hər iki tərəfə təzyiq mexanizmləri mövcuddur:
 

"Rusiya barədə danışılanda belə fikirlər səsləndirilir ki, ABŞ-ın neft qiymətlərinə təsiri gündəmdədir. Bəzi məsələlərdə Ukraynaya da təsir mexanizmləri var. Ukrayna tam şəkildə köməkdən asılı tərəfdir. Belədirsə, istənilən gün, istənilən dəqiqə ABŞ onu sülhə məcbur edə bilər".

Seçilən
18
50
modern.az

10Mənbələr