AZ

Zaur Hüseynov metrodakı nöqsanlara görə İŞDƏN ÇIXARILIB?

Hesablama Palatası “Bakı Metropoliteni” QSC-də həyata keçirdiyi kənar dövlət maliyyə nəzarəti tədbiri nəticələrini açıqlayıb.

Məlumata görə, yoxlama zamanı ciddi nöqsanlar aşkar edilib. Məsələn, sәrnişindaşıma fәaliyyәti üzrә subsidiya düzgün tәnzimlәnməyib vә yaranan sәrbәst vәsaitlәr yetәrli әsaslandırma olmadan muzdlu işçilәrә fәrdi mükafat adı ilә ödənilib, bu da sәrnişindaşınma xidmәtlәrinin maya dәyәrinin artırılması ilә nәticәlәnib.

Həmçinin, layihәlәrin ilkin planlaşdırılması üzrә müvafiq texniki-iqtisadi әsaslandırmalar aparılsa da, bir sıra nöqsanlara görə keçid layihәlәr daha uzun müddət davam edib.

Satınalma metodu tәtbiq edilmәdәn müxtәlif mәqsәdlәr üçün 262 halda 868,6 min manat mәblәğindә birbaşa müqavilәlәrin bağlanılması da aşkarlanan nöqsanlar arasındadır. Həmçinin tender komissiyasının fәaliyyәtindә vә inzibatçılıqda boşluqlar aşkar edilib. Hesabatda bunlardan əlavə də bir çox pozuntuların, nöqsanların olduğu bildirilib.

Apress.az bildirir ki, Palata tərəfindən aparılan yoxlama 2024-cü ilin may-iyun aylarında hәyata keçirilib vә ümumilikdә dövlәt büdcәsindәn ayrılan 240,1 milyon manat vәsait әhatә edilib.

Sözügedən illər ərzində “Bakı Metropoliteni” QSC-yə Zaur Hüseynov rəhbərlik edib. O, ötən ilin sonlarında, dekabrın 20-də axşam saatlarında işdən çıxarılıb.

Zaur Hüseynovun işdən çıxarılma səbəbi rəsmi olaraq açıqlanmayıb. Ancaq onun vəzifəsini itirməsi sözügedən pozuntularla əlaqəli olduğu güman edilir.

Qeyd edək ki, “Bakı Metropoliteni” QSC-də aşkarlanan pozuntularla bağlı bir sıra tövsiyələr verilib. Ancaq hələlik hüquq-mühafizə orqanlarına müraciət edilməyib.

Seçilən
4
3
apress.az

10Mənbələr