"Barselona" yarımmüdafiəçi Qavi ilə bir milyard avroluq təzminat müqaviləsi imzalayacaq.
hakimiyyet.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
Mənbənin məlumatına görə, tərəflər yeni müqavilənin imzalanması barədə razılığa gəliblər.
Anlaşmanın müddəti 2031-ci ilə qədər nəzərdə tutulub. Müqavilədə 1 milyard avroluq təzminat məbləği qeyd olunacaq.
Ancaq tərəflərin hələ həll etməli olduğu bəzi detallar var.
Qavi bu mövsüm "Barselona"nın heyətində bütün turnirlərdə 19 oyun keçirib, 2 qol vurub və 3 məhsuldar ötürmə verib.