AZ

Anar Məmmədov Goranboyda şəhid ailəsini ziyarət edib

Milli Məclisin deputatı Anar Məmmədov Goranboy rayonu Əlirzalı kəndində şəhid Şahmalıyev Əzim Namiq oğlunun ailəsini ziyarət edib. Ziyarətdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev, rayon ağsaqqalları və ziyalıları iştirak edib.

“İki sahil” xəbər verir ki, Anar Məmmədov şəhid ailəsinin qayğıları ilə maraqlanıb, onlara Əzim kimi vətənpərvər oğul böyütdükləri üçün minnətdarlığını bildirib, şəhidlərə rəhmət, qazilərə cansağlığı diləyib.

Millət vəkili bildirib ki, dövlət səviyyəsində şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğı, Respublika Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər bir şəhid ailəsinə, qazilərə göstərdiyi diqqət, onların problemlərinə həssaslıqla yanaşmaları bizə bir nümunədir.

Şəhid atası onlara göstərilən diqqət və qayğıya görə Respublika Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.

 

 

Seçilən
67
ikisahil.az

1Mənbələr