Bakı, 28 yanvar, AZƏRTAC
“Azəristiliktəchizat” ASC daha 8 köhnə tipli qazanxananın modernizasiya işlərinə başlayacaq.
ASC-dən AZƏRTAC-a bildirilib ki, yenidənqurma işləri paytaxtın Nizami rayonunda yerləşən 539 və 515 saylı, Yasamal rayonunda 128 və 140, Nərimanov rayonunda isə 94, 119, 92 və 86 saylı qazanxanalarını əhatə edəcək.
Qazanxanaların yenidənqurulması ümumilikdə 126 binanın, 6 məktəbin, 4 bağçanın, 2 səhiyyə obyektinin və 62 digər sosial obyektin istilik təchizatının yaxşılaşdırılmasına imkan verəcək.
Qeyd edək ki, 2024-2025-ci illər payız-qış mövsümündə 52 yaşayış binası, 4 məktəb, 1 uşaq bağçası və 26 digər sosial obyektə xidmət göstərən 5 qazanxana müasir tipli avadanlıqlarla təchiz olunaraq istismara hazır vəziyyətə gətirilib.