Bakı. Trend:
DiN Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindənxidməti ərazidə, dövlət qoruqlarında, su hövzələrində qanunsuz quşovu və brokonyerliyə qarşı mübarizə davam etdirilir. Supolislərinin sərhədçilərlə birgə Lənkəranda həyata keçirdiklərisonuncu tədbir zamanı qanunsuz quş ovu ilə məşğul olan Masallırayon sakinləri Cəmil Nuruyev, Ramil Nuruyev, Murad İsgəndərov,Orxan Kamilli və Sərdar Sadiqoğlu saxlanılıblar.
DİN-dən Trend-əbildirilib ki, yoxlama zamanı onlardan 2 ədəd kiçik həcmliqeydiyyatı olmayan qayıq, 175 ədəd müxtəlif növ, o cümlədən adı“Qırmızı Kitab”a düşən çöl quşları, 4 ədəd müvafiq sənədləriolmayan ov silahı və 134 ədəd patron maddi sübut kimi aşkarolunaraq götürülüb. Araşdırmalar zamanı həmin şəxslərin ovçuluqbiletlərinin olmadığı da müəyyən edilib. Faktla bağlı araşdırmalardavam etdirilir.
Həmçinin, Su Nəqliyyatında Polis İdarəsindən ov mövsümününbaşlanması ilə əlqədar bildirilib ki, ov qaydalarının mövcudnormativlərinə əməl olunmalı və yalnız ayrılmış xüsusi ovçuluqtəsərrüffatlarının sahələrindən istifadə edilməlidir. Ov etməkistəyən şəxslərə ovlanmasına icazə verilən quşların siyahısı vənormaları ilə bağlı məlumatlarla tanış olmaq tövsiyə edilir. Xüsusimühafizə olunan ərazilərdə, sanitar-mühafizə zonalarında, ocümlədən Xəzər dənizində yerləşən strateji obyektlərin yaxınlığındaov edilməsi isə qəti qadağandır. Ov qaydalarını kobud şəkildə pozanşəxslər barəsində su polisləri tərəfindən ciddi tədbirləringörülməsi nəzərdə tutulur.
"Su polisləri tərəfindən Xəzər dənizinə nəsil artımı üçünburaxılan körpə nərəcinsli balıqların qanunsuz ovlanmasınınqarşısını almaq və dənizin dibi ilə çəkilən müxtəlif təyinatlıdəmir boru kəmərlərini, naqilləri oğurlayan şəxslərə qarşı dafasiləsiz mübarizə aparılır.
Vətəndaşlardan Xəzər dənizində və su hövzələrində hər hansı birqanun pozuntusu ilə rastlaşdıqları halda Su Nəqliyyatında Polisİdarəsinin (012) 433-38-12 və (012) 433-38-02 nömrələrinə zəngedərək məlumat vermələri xahiş olunur", - deyə DİN-dənbildirilib.