AZ

Niyə təyyarə mühərriklərinin qarşısına metal tor çəkilmir?

Bu sual hər dəfə təyyarə qəzalarından sonra aktivləşir. Təbii ki, sual heç bir halda aviasiya mütəxəssisləri tərəfindən verilmir. Müəlliflər hər zaman qeyri-peşəkarlardır. Lakin, peşəkarların sanballı cavabı var.

Avtosfer.az xəbər verir ki, aviasiya mühərrikləri böyük həcmdə havanı soraraq təyyarəni hərəkətə gətirir. Buna görə də mühərrikin qarşısında ən xırda maneə belə olmamalıdır. Çünki güc itkisi həm yanacaq sərfinin azalmasına, həm də gücün azalmasına səbəb olur. Aerodinamik maneə təyyarələrin faydalı yükünü də artırmağa mane olardı.

Təyyarə mühərrikinin detalları çox sərt materialdan hazırlanır. Bu səbəbdən hansısa kiçik quşun mühərrikə girməsi heç bir təhlükə yaratmır. 

Digər tərəfdən quşla toqquşma zamanı metal tor və ya armatur qoparsa, o zaman mühərrikə daha böyük fəsad yetirə bilər və faciə qacınılmaz olar.

Vüqar Yaşaroğlu

Seçilən
5
avtosfer.az

1Mənbələr