AZ

Milli Kitabxanada ənənəvi kitab sərgiləri açılıb

Milli Kitabxanada şair Adil Babayevin anadan olmasının 100 illiyi münasibətilə “Şair Adil Babayev–100” və yazıçı-dramaturq Xeyrəddin Qocanın 75 illik yubileyi münasibətilə “Yazıçı-dramaturq Xeyrəddin Qoca” adlı ənənəvi kitab sərgiləri istifadəçilərə təqdim olunub.

Kitabxanadan AzEdu.az-a bildirilib ki, sərgidə şair Adil Babayevin əsərləri, tərcümələri, həyat və yaradıcılığı haqqında ədəbiyyatlar, sözlərinə bəstələnmiş musiqi notları, yazıçı-dramaturq, tənqidçi Xeyrəddin Qocanın əsərləri, həyat və yaradıcılığı, ictimai fəaliyyəti haqqında kitablar nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.

Seçilən
21
azedu.az

1Mənbələr