AZ

Aleksandar Vuçiç: Serbiya hökuməti yenidən formalaşırılacaq

Belqrad, 28 yanvar, AZƏRTAC

Serbiya hökuməti təcili və kütləvi şəkildə yenidən formalaşdırılacaq.

AZƏRTAC xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç ictimaiyyətə müraciətində deyib.

Aleksandar Vuçiç nazirlərin 50 faizdən çoxunun vəzifəsindən istefa verməsini gözlədiyini bildirib. O qeyd edib ki, ölkəsi çətin siyasi dönəmdən keçir, bu dövrdə kimin döyüşməyə və işləməyə hazır olduğu, kimin hazır olmadığı və qaçıb gizləndiyi bəlli oldu. Dövlət başçısı bildirib ki, hökumətin həyatın təşkili və həyat səviyyəsinin yaxşılaşdırılmasından daha vacib vəzifəsi yoxdur.

“Faciələr hər bir dövlətin qarşısını almağa çalışdığı məsələdir. Qabaqlayıcı tədbirlər görülür, faciə baş verəndə isə bundan ibrət dərsi almağa çalışılır, cinayət törədənlər məsuliyyətə cəlb edilərək layiqincə cəzalandırılır. Novı Sad şəhərinin dəmiryolu vağzalındakı qəza ilə bağlı hökumətin saytında indiyədək 925 sənəd dərc olunub”, - deyə Serbiya Prezidenti bildirib.

Qeyd edək ki, keçən il noyabrın 1-də Novı Sad şəhərindəki dəmiryolu vağzalında 15 nəfərin ölümü, 2 nəfərin ağır yaralanması ilə nəticələnən qəzaya görə ötən gün yüzlərlə tələbələr paytaxt Belqradda etiraz aksiyası keçirib.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Belqrad

Seçilən
5
3
azertag.az

10Mənbələr