AZ

Badam qırığından həyatını itirən azyaşlının FOTOSU

Ağdaşda baş verən ailə faciəsinin bəzi detalları məlum olub.

Bu barədə Bizim.Media-nın Aran bürosuna uşağım babası Kamran İsmayılov məlumat verib.

O, bildirib ki, qızı ailəsi ilə birlikdə Bakıdan gəlirmiş, yolda - Kürdəmirlə Ucar arasında maşını saxlayıb mağazadan badam alıb və həmin badamdan uşağa da verib. Bu zaman uşağın halı pisləşib. Onlar uşağı yolüstü Ucar rayon Mərkəzi Xəstəxanasına aparıblar. Daha sonra uşağın halı daha da pisləşdiyindən onu Ağdaş rayon Mərkəzi Xəstəxanasına aparıblar. Xəstəxanada həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, iki yaşlı uşaq evin tək uşağı olub.

Hazırda fakt araşdırılır.


Bizim.Media, Aran bürosu

Seçilən
9
1
bizim.media

2Mənbələr