AZ

Azərbaycanın dövlət borcu açıqlandı

Bu il yanvarın 1-nə Azərbaycanın xarici dövlət borcu 5 milyard 160 milyon ABŞ dolları (8 milyard 772 milyon manat) ekvivalentində və yaxud Ümumi Daxili Məhsulun (ÜDM) 6,9 %-i qədər, daxili dövlət borcu isə 18 milyard 659,7 milyon manat və yaxud ÜDM-in 14,8 %-i qədər olub.

Mia.az Maliyyə Nazirliyinə istinadla xəbər verir ki, ötən il yanvarın 1-i ilə müqayisədə xarici dövlət borcu 20,4 % azalıb, daxili dövlət borcu isə 17,6 % artıb. Bu, dövlət qiymətli kağızlar bazarının inkişafının dəstəklənməsi və “Dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”sına uyğun olaraq xarici borcun daxili borcla əvəzlənməsi istiqamətində məqsədyönlü daxili borclanma siyasətinin həyata keçirilməsi nəticəsində baş verib.

Seçilən
3
28
mia.az

10Mənbələr