AZ

Əlilliyi olan şəxslər üçün Əmək Yarmarkası keçiriləcək

Əlilliyi olan şəxslər üçün xüsusi təşkil edilən Əmək Yarmarkası 17 fevral 2025-ci il tarixində Bakı şəhərində keçiriləcək.

QHT.az xəbər verir ki, bu barədə məlumatı Əlilliyi olan Şəxslərin Müstəqil Həyat Mərkəzi İctimai Birliyinin sədri Aydın Xəlilov bildirib. Onun sözlərinə görə, bu tədbir, iş axtaran və karyerasını inkişaf etdirmək istəyən əlilliyi olan şəxslərə yeni iş imkanları, təcrübə və əlaqələr qurmaq üçün əla fürsət təqdim edir.

Tələblər:

  • Əlilliyi olan şəxslər üçün iş axtarışı və təcrübə imkanları.
  • CV-lərinizi göndərin və yeni karyera imkanları ilə tanış olun.
  • Əlaqə nömrəsi: 077 273 17 00

Əlilliyi olan şəxslər bu əlamətdar tədbirə qatılaraq, öz inkişafları və yeni iş imkanları ilə tanış ola bilərlər. İştirakçılar, müvafiq iş sahələrində təcrübə qazanmaq və gələcək karyeralarına yeni addım atmaq üçün böyük şans əldə edəcəklər.

Seçilən
11
50
qht.az

10Mənbələr