AZ

Kurskda KXDR hərbçiləri öldürülüb, mühüm qənimətlər ələ keçib

Rusiyanın Kursk vilayətində gərgin döyüşlər davam edir. Kurskda keçirilən xüsusi əməliyyatlar zamanı Ukrayna hərbçiləri rusların  mövqelərini "təmizləyiblər". Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələri məlumat yayıb. Qeyd edilib ki, hərbçilər burada mühüm qənimətlər ələ keçiriblər.

Məlumata görə, 8-ci Xüsusi Əməliyyat Alayının əsgərləri canlı qüvvə sarıdan düşmənə xeyli itki verib, Kursk vilayətində mühüm sənəd və silah srusat ələ keçiriblər.

"Döyüş zamanı xüsusi təyinatlılar iki Şimali Koreya əsgərini məhv edib. Bundan əlavə, pilotsuz təyyarələrin köməyi ilə əsgərlərimiz 7 işğalçını məhv edib, daha 10 nəfər isə yaralanıb", - məlumatda deyilir.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural

Seçilən
4
news365.az

1Mənbələr